IMG-LOGO

"Mançester Yunayted" İtaliya klubunun müdafiəçisi üçün 30 milyon avro ödəməyə hazırdır

18 Jan 2026 13:03 2 baxış
IMG

İngiltərənin "Mançester Yunayted" klubu "Yuventus"un (İtaliya) müdafiəçisi Pyer Kalulu ilə maraqlanır.

"Report" "Calciomercato"ya istinadən xəbər verir ki Mançester təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün 30 milyon avro ödəməyə hazırdır.

Fransalı müdafiəçiyə Premyer Liqanın digər təmsilçiləri "Aston Villa" və "Tottenhem"in də maraq göstərdiyi bildirlir.

Qeyd edək ki, P.Kalulu cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxıb, bir qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.

Xəbər lenti