İspaniyanın "Xetafe" klubu "Brügge"nin (Belçika) müdafiəçisi Said Romeronu icarəyə götürüb.
"Report" xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.
İcarə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 26 yaşlı argentinalı futbolçu 2025/2026 mövsümündə keçirdiyi yeddi oyunda məhsuldar göstərici ilə yadda qalmayıb.
O, 2024-cü ilin iyulundan "Brügge"də çıxış edir və Belçika təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, müdafiəçi daha əvvəl Argentinanın "Qodoy Krus", "Estudiantes LP" və Ekvadorun "LDU Kito" klublarında da çıxış edib. "Transfermarkt" oyunçunun transfer dəyərini 2 milyon avro qiymətləndirir.