IMG-LOGO

Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

18 Jan 2026 12:55 4 baxış
IMG

Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü A.Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb və bu vaxt onun başı beton səthə çırpılıb.

Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti