IMG-LOGO

Elektrik qızdırıcısı aşdı, ev sahibi öldü

18 Jan 2026 10:49 2 baxış
IMG
2 0

Mingəçevirdə fərdi yaşayış evində yanğın olub, yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.

Hadisə zamanı yanıq xəsarəti alan İlqar Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.

Qeyd edək ki, yanğının elektrik qızdırıcısının aşması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mingəçevir ev yanğın ölüm

Xəbər lenti