IMG-LOGO

Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub

18 Jan 2026 09:29 2 baxış
IMG

İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, İspaniya çempionatının XX turunda "Levante" ilə matçda (2:0) vurulan qol 27 yaşlı hücumçunun peşəkar karyerasında 412-ci olub.

Bu nailiyyət sayəsində Mbappe 411 qolla çıxışlarını başa vuran Tyeri Anrini qabaqlayıb.

Reytinqə əvvəlki kimi Kərim Benzema başçılıq edir. Hazırda "Əl-İttihad"da oynayan Fransa millisinin keçmiş kapitanı həm klubunda, həm də yığmada 513 qol vurub.

Xəbər lenti