IMG-LOGO

İtaliya Superkuboku: “İnter” və “Napoli” finalda qarşılaşacaqlar

20.01.2024 01:06 68 baxış
IMG

İtaliya Superkubokunun yarımfinal matçında Milanın “İnter” komandası paytaxt Romanın “Latsio” komandasından üstün olaraq turnirin finalına çıxıb.

“Report” xəbər verir ki, qarşılaşma Səudiyyə Ərəbistanında baş tutub.

“İnter”in 3:0 hesabı ilə qalib gəldiyi matçda 17-ci dəqiqədə mArkus Türam, 49-cu dəqiqədə Hakan Çalhanoğlu (penaltidən) və 87-ci dəqiqədə Davide Frattezi fərqlənib.

Xatırladaq ki, ötən gün “Napoli” “Fiorentina”nı eyni hesabla məğlub edərək yarışın final mərhələsinə vəsiqə qazanmışdı. “İnter” və “Napoli” arasındakı final matçı yanvarın 22-də keçiriləcək.

Qeyd edək ki, İtaliya Superkuboku ilk dəfə “Dördlər finalı” formatında keçirilir, əvvəllər kubok uğrunda iki komanda mübarizə aparırdı. Turnirin hazırkı qalibi yeddi kuboku olan “İnter”dir. Ən titullu klub isə “Yuventus”dur: turinlilər doqquz dəfə bu kobuku başları üzərində qaldırıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti