IMG-LOGO

Sumqayıtda aptekdə yanğın baş verib

17 Jan 2026 18:11 3 baxış
IMG

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərin birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın qısa müddət ərzində söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti