IMG-LOGO

"Kəpəz"in baş məşqçisi: "Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar"

17 Jan 2026 17:12 2 baxış
IMG

"Kəpəz"in futbolçuları təlim-məşq toplanışında yaxşı təsir bağışlayıblar.

"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Karvan-Yevlax"a qarşı keçirilən yoxlama oyunu ilə bağlı danışıb:

"Matç yaxşı keçdi. Bu qarşılaşmada da gənc futbolçulara və yeni transferlərə şans verdik. Yaxşı təsir bağışladılar. Bununla da təlim-məşq toplanışını başa vurduq. Bir günlük istirahətdən sonra "Qarabağ"la oyunun hazırlığına başlayacağıq. Mövsümün qalan hissəsində daha yaxşı çıxış edib, xallar qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" görüşündə hesab açılmayıb.

Xəbər lenti