IMG-LOGO

"Sabah" yoxlama oyununda I Liqa klubunun qapısına 9 qol vurub

17 Jan 2026 17:29 2 baxış
IMG

Misli Premyer Liqası təmsilçisi "Sabah" yoxlama oyununda I Liqada çıxış edən "Mingəçevir"lə qarşılaşıb.

"Report" xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matç ev sahiblərinin 9:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Digər qolları isə Umarali Raxmonaliyev (penaltidən), Kahim Parris və Tellur Mütəllimov bölgə kollektivinin qapısından keçiriblər.

Xəbər lenti