IMG-LOGO

Suriya ordusu Rakka vilayətinə daxil olub

17 Jan 2026 14:40 3 baxış
IMG

Suriya ordusu Rakka vilayətinin Dibsi Afnan qəsəbəsini nəzarətə götürüb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun Əməliyyatlar İdarəsi məlumat verib.

Bildirilib ki, Fərat çayının qərbindəki YPG/SDQ terror təşkilatının üzvlərini bölgədən çıxarmaq məqsədilə hərəkətə keçən Suriya ordusu strateji əhəmiyyətə malik Təbqə şəhəri istiqamətində irəliləyir.

Vurğulanıb ki, Suriya ordusu səhər saatlarında Hələb ətrafındakı Hümeymə kəndinə daxil olmaq üçün irəliləyib, ilk bölmələr isə Deyr Hafirdən başlayaraq Fərat çayının qərbində yerləşən ərazilərə daxil olub.

Xatırladaq ki, Suriya ordusu daha əvvəl Hələb ətrafında həyata keçirilən əməliyyatlar çərçivəsində 34 kəndin nəzarətə götürüldüyünü, 200-dən çox YPG/SDQ üzvünün silahları ilə birlikdə təhlükəsiz şəkildə keçidinə icazə verildiyini açıqlamışdı.

Xəbər lenti