IMG-LOGO

La Liqa təmsilçisi Fransa klubunun futbolçusunu heyətinə qatıb

17 Jan 2026 13:41 4 baxış
IMG

İspaniya təmsilçisi "Xetafe" Fransanın "Lion" klubunun hücumçusu Martin Satrianonu icarəyə götürüb.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı oyunçunun icarə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Müqavilənin şərtləri arasında uruqvaylı futbolçunun birdəfəlik transfer edilməsi bəndi də yer alıb.

Qeyd edək ki, Martin Satriano bu mövsüm "Lion"un heyətində 19 oyunda meydana çıxıb və 3 qol vurub.

Xəbər lenti