IMG-LOGO

Türkiyəli deputat: Azərbaycan Türk dünyasının birliyinin güclənməsində lokomotiv rolunu oynayır

17 Jan 2026 12:18 3 baxış
IMG

Azərbaycan Türk dünyasının birliyinin güclənməsində lokomotiv rolunu oynayır.

Bunu "Report"un yerli bürosuna açqlamasında Türkiyə parlamentinin Milliyyətçi Hərəkat Partiyasından olan deputatı professor İlyas Topsakal deyib.

Onun sözlərinə görə, Azərbaycan Türk dünyasının elm əsaslı körpüsüdür:

"Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürk ən çox azərbaycanlılara dəyər ver. O, "Azərbaycansız Türk dünyası yoxdur, çünki bu ölkə Türkiyə ilə Türk dünyasını birləşdirən körpüdür". Ona görə də Atatürk o zaman Azərbaycan türkü Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi silahdaşları ilə birgə çalışmağa çox üstünlük verib. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının əsasını da məhz elə bu cür geniş dünyagörüşlü fikir babalarımız qoyub. Ona görə də Azərbaycan Türk dünyası üçün həm də elm bazasıdır".

Deputat bildirib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızstan, Özbəkistan və Türkmənistan əlaqələrini əvvəlcə mədəni, sonradan isə digər sahələrdə inkişaf etdirməyə başladılar:

"Azərbaycan Türk dünyasının birliyinin güclənməsində lokomotiv rolu oynayır. Bu məsələdə də eyni dildə danışmağımız və coğrafi yaxınlıq amili mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə Oğuz türkləri olaraq Azərbaycan, Türkiyə, İran, İraq və Suriyada yaşayan türklərlə eyni dildə danışırıq və coğrafi yaxınlığımız da bizi bir-birimizə doğma edir. Dilimizin inkişafında da azərbaycanlı ziyalıların xüsusi xidmətləri var. 1875-ci ildə ilk dəfə nəşrə başlayan "Əkinçi" qəzeti, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay bugünkü birliyimizdə mühüm rol oynayır".

İ.Topsakal həmçinin bu il Bakıda I Türkoloji Qurultayın 100 illiyinin qeyd ediləcəyini də xatırladıb:

"Biz yubiley tədbirində nümayəndə heyəti ilə iştirak edəcəyik. Azərbaycan, Türkiyə, Avropa, Rusiya, Türküstan, İran, İraq, Suriya türkoloqlarını bir araya gətirəcək bu cür tədbirlər bütövlüyümüzə xidmət edir. Hazırda Avropa İttifaqına daxil olan ölkələr necə birlikdə hərəkət etməklə güc nümayiş etdirirsə, Türk Dövlətləri Təşkilatının da türkləri bir araya gətirərək daha güclü bir təşkilat kimi uğurlu fəaliyyət həyata keçirəcəyinə inanıram".

Xəbər lenti