Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın ev həbsinə qaytarılması barədə qərar qəbul edib.
Bu barədə "Report" Ermənistan KİV-lərinə istinadən məlumat verir.
"Bizim 14 saatlıq məhkəmə iclasımız oldu. Samvel Karapetyan barəsində girov və ölkəni tərk etməmək haqqında iltizamla ev dustaqlığı qətimkan tədbiri seçilib", - vəkil bildirib.
S.Vardevanyan həmçinin qeyd edib ki, məhkəmə Karapetyana tətbiq olunmuş ictimai çağırışlar və çıxışlar etmək məhdudiyyətini də götürüb.
Xatırladaq ki, ötən gün Samvel Karapetyanı evindən Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasına köçürmüşdülər.