Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.
"Report" xəbər verir ki, qərb təmsilçisi Polşa təmsilçisi "Poqon"la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.