IMG-LOGO

Tovuzda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

17 Jan 2026 09:08 3 baxış
IMG
0 0

Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Lent/az APA-ya istinadla bildirir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, 71 yaşlı S. Həsənov, 37 yaşlı E. Həsənov, 66 yaşlı G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslərdən S. Həsənov və A. Həsənova Bakı şəhərindən Tovuza qonaq gəliblərmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisələr dəm qazı

Xəbər lenti