"PSJ"nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubundan ayrılaraq "Real Madrid"ə rəhbərlik edə bilər.
"Report" xəbər verir ki, bu barədə "X"də "Topskills Sports UK" paylaşım edib.
Qeyd olunub ki, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür.
Vurğulanıb ki, mütəxəssis İspaniya çempionatında işləmək imkanını ciddi şəkildə nəzərdən keçirir.
Xatırladaq ki, Enrike 2014-cü ildən 2017-ci ilə qədər "Barselona"nın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında klub Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Super Kubokunu, iki İspaniya çempionluğunu, üç İspaniya Kubokunu və bir İspaniya Super Kubokunu qazanıb.