IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın

16 Jan 2026 23:50 3 baxış
IMG

Qaraqoyunlu dərəsində ancaq azərbaycanlılar yaşayırdı, erməni yox idi.

"Report" xəbər verir ki, bu, "Baku TV"nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışında qeyd olunub.

"Qaraqoyunlu dərəsində heç vaxt erməni olmayıb" adlı veriliş Karvansara rayonunun Salah kənd sakini Səfayə Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, 1947-ci ildə anadan olduğunu, uşaqlıq illərinin çox maraqlı keçdiyini, məktəb illərində meşədən meyvə yığdıqlarını deyib: "Qaraqoyunlu dərəsində ancaq azərbaycanlılar yaşayırdı, erməni yox idi. Oradakı alban kilsəsini ermənilər öz adlarına çıxırdılar. Ancaq üstündəki yazılardan təsdiq etdik ki, bu, alban kilsəsidir. Babam, nənəm deyirdilər ki, 1912-ci ildə bizim camaat Cantəpə yaylağında olanda ermənilər Cəmbərək kəndindən hücum edib, qocanı, qarını, uşağı güllələyiblər. Göyçə tərəfə qaçanı tutub diri-diri Göyçə gölünə suya töküblər. Babamgil Qazax rayonuna qaçıblar. Avqust ayında orada istidən çox adam məhv olub. Babam nənəmi, 2 yaşlı atamı və 4 yaşlı əmimi piyada yenidən Salah kəndinə gətirib. Atamgil 1918-ci ildə araba ilə Türkiyəyə keçmək istəyiblər. Lakin sovet ordusu onları qoymayıb".

Daha ətraflı linkdən izləyə bilərsiniz: Qərbi Azərbaycan Xronikası: Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın

Xəbər lenti