Türkiyə nadir torpaq minerallarının güclü emalçısına çevrilmək istəyir.
"Report" xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün "X" hesabında bəyan edib.
"Eskişehirin Beylikova ərazisində fəaliyyət göstərən pilot layihəmizi sənaye miqyasına keçirəcəyimiz bir prosesə başlayırıq" , - o bildirib.