IMG-LOGO

Türkiyənin KARGU və ALPAGU PUA-ları Avropaya ixrac ediləcək

16 Jan 2026 19:41 4 baxış
IMG

Türkiyənin "KARGU" və "ALPAGU" hücum PUA-ları Avropaya ixrac olunacaq.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, adıçəkilən döyüş dronları NATO və Avropa İttifaqına (Aİ) üzv ölkələrə göndəriləcək.

"İnnovativ həllər yalnız məhsulun təhvili ilə məhdudlaşdırmır, inteqrasiya, proqram təminatı və birgə iş modeli də beynəlxalq istifadəçilərin xidmətinə veriləcək" , - məlumatda qeyd olunub.

"KARGU" və "ALPAGU"nun Avropaya ixracı ilə bağlı ilk sazişin imzalandığı da vurğulanıb.

Xəbər lenti