Futbol üzrə İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bu ada "Aston Villa" klubunun baş məşqçisi Unay Emeri layiq görülüb.
54 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv 2025-ci ilin dekabrında "Brayton" (4:3), "Arsenal" (2:1), "Vest Hem" (3:2), "Mançester Yunayted" (2:1) və "Çelsi" (2:1) komandalarını məğlub etmişdi.
Qeyd edək ki, "Aston Villa" hazırda 43 xalla turnir cədvəlində üçüncü sırada yer alıb.