IMG-LOGO

Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsi müzakirə edilib

16 Jan 2026 17:33 3 baxış
IMG

Ukrayna səfiri Yuri Qusev Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

"Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Emin Əmrullayevlə məhsuldar görüş keçirdik. 2025-ci ildə təhsil sahəsində əməkdaşlığı və 2026-cı il üçün prioritetləri, o cümlədən diplomların tanınmasını, ikili diplom proqramlarını və Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsini müzakirə etdik", - diplomat yazıb.

Xəbər lenti