Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 58,6 milyon ABŞ dolları dəyərində 9 min 272 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 27,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % çox) 4 min 797 ton (+19 %), Çindən 8,9 milyon ABŞ dolları dəyərində (+84 %) 1 min 481 ton (+72 %), Rusiyadan 7,5 milyon ABŞ dolları dəyərində (+29 %) 956 ton (+6 %), Almaniyadan 3,7 milyon ABŞ dolları dəyərində (+36 %) 292 ton (-30 %), Fransadan 2,1 milyon ABŞ dolları dəyərində (+88 %) 126 ton (+4 dəfə) məhsul alıb.
Azərbaycan 8 il 10 ayın tamamında Tunisdən tədarükü (30 min ABŞ dollar dəyərində 0,1 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 9 min 108 ton pestisidin 52 %-i Türkiyənin payına düşüb.