Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Zikh Federasiyası zikhlərə qarşı zorakılığa son qoyulması çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciəti qəbul ediblər.
"Report" xəbər verir ki, müraciət Bakıda keçirilən, Hindistan hökumətinin milli azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş konfransda qəbul edilib.
Qeyd edək ki, "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil olunub.