IMG-LOGO

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında iki kateqoriya üzrə yarışlar yekunlaşıb

16 Jan 2026 15:34 2 baxış
IMG

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə örtülü salonda keçirilən ölkə birinciliyi və çempionatında iki kateqoriya üzrə mübarizəyə yekun vurulub.

"Report"un məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan yarışın ilk mərhələsində idmançılar U-21 və böyüklər kateqoriyaları üzrə çıxış ediblər.

21 yaşadək idmançılar arasında qadınların mübarizəsində ​Fatimə Hüseynli qızıl, Aliyə Əliyeva gümüş, Lalə Almas bürünc medal qazanıb. ​Kişilərdə müvafiq mükafatlara Sərdar Vəliyev, Nurlan Rəhimli, Anar Cavadzadə sahib çıxıblar.

Böyüklərin yarışında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Dilguşə Sadıqova bürünc medala yiyələnib. Kişilərdə isə Məhəmmədəli Əliyev, Nurlan Rəhimli, Hüseyn Məhərrəmov fəxri kürsüyə qalxıblar.

​Qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva və Azərbaycan Tibb Universitetinin Tədris İdman Mərkəzinin müdiri Qələndər Aslanov təqdim ediblər.

Xəbər lenti