IMG-LOGO

Azərbaycanın U-21 millisi I Liqa klubuna qalib gəlib

16 Jan 2026 15:51 2 baxış
IMG

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qalib gəlib.

"Report" xəbər verir ki, U-21 I Liqa təmsilçisi "Səbail"lə qarşılaşıb.

"Dalğa Arena"nın məşq meydanında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubuna qarşı keçirəcək.

Xəbər lenti