IMG-LOGO

"Park Yasamal"da 2, 3, 4 otaq, tam təmirli mənzillər satışda - "Kristal"

16 Jan 2026 14:41 3 baxış
IMG
2 0

Əlverişli ərazidə, büdcənizə uyğun, özü də tam təmirli mənzil sahibi olmaq? “Kristal“ın “Park Yasamal” yaşayış kompleksi bu istəyinizi reallığa çevirir. 

Layihə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında, şəhərin əsas istiqamətlərinə rahat çıxışı olan ərazidə yerləşir və 4 hektar ekoloji təmiz sahəni əhatə edir. 

“Park Yasamal”da hazır, tikintisi davam edən və əşyalı mənzillərin satışı davam edir. Mənzillər 39,71 m²-dən 120,47 m²-ə qədər dəyişir, 2, 3 və 4 otaq, eləcə də studiya variantlar alıcıların ixtiyarına verilib. Məsələn, 2 otaq studiya, 51,57 m² mənzil üçün cəmi 20 206 manat ilkin ödəniş etmək kifayətdir. 

Mənzillər Avropa brendlərinə məxsus keyfiyyətli materiallarla təmir olunur və bütün kommunal xidmətlərlə birlikdə sakinlərə tam təmirli şəkildə təhvil verilir. Səs və istilik izolyasiyası sayəsində isə evinizdə sakit və komfortlu mühit formalaşır. 

Mənzil satışları sürətlə davam edən “Park Yasamal” yaşayış kompleksində siz də rahat yaşam və ya sərfəli investisiya fürsətini dəyərləndirmək istəyirsinizsə, “Kristal” şirkətinə müraciət edin. Satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərsiniz.

Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi

kristal.az

 

İqtisadiyyat

Xəbər lenti