IMG-LOGO

Bakının bu rayonunda bir ayda 65 nəfəri it dişləyib - Deputat

16 Jan 2026 15:07 42 baxış
IMG
0 0

Son zamanlar sahibsiz itlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Əhali müraciət edir, amma bələdiyyələr bu məsələləri həll etmək imkanında deyirlər.

Lent.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Arzuxan Əlizadə  deyib.   “Mən bu məsələ ilə bağlı bu yaxınlarda Sabunçu rayon İcra Hakimiyyətinə, onlar da Bakı Şəhər İcra Hakimiyyətinə və müvafiq qurumlara müraciət etdilər. Bakıxanov qəsəbəsində mənə bir rəsmi məlumat da verdilər. 11 saylı poliklinikaya bir ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub.

Uşaqlar məktəblərə, valideynlər səhər işə gedəndə bu problemlərlə üzləşirlər. Əvvəlcə bələdiyələrə müraciət olunur, amma bələdiyyələrin bu məsələləri həll etmək imkanları yoxdur”, -  deputat qeyd edib.

Sahibsiz itlər Bakı Sabunçu rayonu it dişləməsi

Xəbər lenti