IMG-LOGO

Anar Quliyev: "Multilateralizm qlobal çağırışlar üçün ən effektiv yanaşmadır"

16 Jan 2026 14:45 3 baxış
IMG

Multilateralizmin heç bir ölkənin təkbaşına həll edə bilmədiyi – iqlim dəyişikliyi, sürətli urbanizasiya, bərabərsizlik və dayanıqlı inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün ən effektiv yanaşmadır.

"Report" Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu komitənin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması" mövzusuna həsr olunmuş 35-ci Yüksək Səviyyəli Toplantısında çıxışı zamanı bildirib.

O, bu kontekstdə şəhər və yaşayış məskənlərində qlobal həllərin praktik fəaliyyətə çevrildiyi əsas məkanlar kimi həlledici rolunu xüsusi vurğulayıb.

A.Quliyev qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan şəhərləri və infrastrukturu regionları və cəmiyyətləri birləşdirən körpülər kimi dəyərləndirir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və inteqrasiya olunmuş şəhərsalma layihələrindən danışan A. Quliyev bu layihələrin təkcə ərazilərin yenidən qurulması deyil, həm də uzunmüddətli sülhə, sabitliyə və regional əməkdaşlığa töhfə vermək məqsədi daşıdığını bildirib.

Sonda Komitə sədri həmkarlarını mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştiraka dəvət edib.

Xəbər lenti