IMG-LOGO

Putin: Region dövlətlərinin iştirakı ilə konstruktiv dialoqun irəliləməsinə kömək etməyə hazırıq

16 Jan 2026 14:48 49 baxış
IMG

İsrail Baş naziri Benyamin Netanyahu və Rusiya Prezidenti Vladimir Putin telefon vasitəsilə Yaxın Şərqdə və İranda vəziyyəti müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaxın Şərqdə vəziyyət və İran ətrafında durum müzakirə olunub. Vladimir Putin regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi maraqları naminə siyasi-diplomatik addımların gücləndirilməsinin lehinə olan prinsipial yanaşmaları təqdim edib", - məlumatda deyilir.

Kremlin məlumatına görə, Putin Rusiya tərəfinin "bundan sonra da müvafiq vasitəçilik səylərini göstərməyə, regionun bütün maraqlı dövlətlərinin iştirakı ilə konstruktiv dialoqun irəliləməsinə kömək etməyə" hazır olduğunu bildirib.

Mənbə: report.az

Xəbər lenti