Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası ikinci yoxlama oyununda uduzub.
"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu gün Ukrayna təmsilçisi "Aleksandriya" ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:2. "Zirə"nin qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski, 54-cü dəqiqədə isə Ceyhun Nuriyev vurublar.
"Qartallar" bu gün, Bakı vaxtı ilə saat 18:00-da Çexiyanın "Bohemians 1905" kollektivi ilə də oynayacaq.
Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə bərabərə qalıb - 3:3.