IMG-LOGO

Deputat: Azad olunmuş ərazilərdə növbəti seçkilərədək bələdiyyələr yaradıla bilər

16 Jan 2026 14:58 3 baxış
IMG

Azad olunmuş ərazilərdə növbəti yerli özünüidarəetmə orqanlarına seçkilərədək bələdiyyələr yaradıla bilər.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bununla da Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında da bələdiyyələr fəaliyyətə başlaya bilərlər:

"Bu günədək ərazimizin işğal altında olduğu, ona görə də bələdiyyələrin yaradılmasının mümkünsüzlüyü deyilirdi. Ancaq artıq torpaqlarımız işğaldan azad olunub. Ona görə də növbəti yerli özünüidarəetmə orqanlarına seçkilərədək bələdiyyələr yaradıla və fəaliyyət göstərə bilərlər".

Xəbər lenti