IMG-LOGO

Samvel Karapetyan yenidən MTX-nin təcridxanasına köçürülüb

16 Jan 2026 14:59 4 baxış
IMG

Ermənistanda iş adamı Samvel Karapetyan yenidən Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasına köçürülüb.

Bu barədə "Report" yerli "ArmLur" nəşrinə istinadən xəbər verir.

Xatırladaq ki, dekabrın 30-u iş adamı Samvel Karapetyana qarşı tədbir ev dustaqlığı ilə əvəz edilmişdi. Məhkəmə 4 milyard dram (10 480 000 dollar) məbləğində girov təyin etmişdi.

Karapetyan iyunun 18-də Ermənistanda hakimiyyətin devrilməsinə çağırış ittihamı ilə iki aylıq həbs edilmişdi.

Xəbər lenti