IMG-LOGO

Hindistanda zikhlər vətəndaş hüquqlarından məhrum etməyə çalışılır, zorakılığa məruz qoyulur

16 Jan 2026 13:14 4 baxış
IMG

Hindistanda zorakılıq problemi və zikhlərin mübarizəsi yalnız ölkənin daxili işi deyil, bu regionun və bütün dünyanın gələcəyinə təsir göstərəcək.

"Report" xəbər verir ki, bunu Zikh Federasiyasının hüquq məsləhətçisi Varrinq Prabcot Sinqh Bakıda keçirilən "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qlobal bərabərsizliyin aradan qaldırılması və bütün dünyada dekolonizasiya beynəlxalq ictimaiyyətin məqsədi olmalıdır.

"Qarşılıqlı hörmət və ədalətə əsaslanan beynəlxalq tərəfdaşlıq bu yolda vacib addımdır və bu gün Bakıda bu konfransın keçirilməsi həmin prosesə əhəmiyyətli töhfədir", - o qeyd edib.

Sinqh vurğulayıb ki, müasir Hindistan imperialist dövlətdir və zikh icmasının hüquqlarını sistematik olaraq pozur.

O əlavə edib ki, ölkə hakimiyyəti zikhləri vətəndaş hüquqlarından məhrum etməyə çalışır, onları təzyiq və zorakılığa məruz qoyur.

"Söhbət zikhlərin suverenliyə can atmasından, ədalət və insan ləyaqəti prinsiplərinə əsaslanan müstəqil vətən yaratmaq istəyindən gedir", - Sinqh vurğulayıb.

O həmçinin qeyd edib ki, zorakılıq və təzyiq təkcə insanlara qarşı deyil, həm də zikh icmasının kimliyi və dəyərlərinə qarşı yönəlib.

Xəbər lenti