IMG-LOGO

"Şəki" ABŞ-dən olan basketbolçusu ilə vidalaşıb

16 Jan 2026 13:32 4 baxış
IMG

"Şəki" ABŞ-dən olan basketbolçusu Samir Styuartla yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Komandanın kapitanı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bildirilib ki, ayrılığa səbəb oyunçunun Azərbaycan Basketbol Liqasının III dövrəsində baş tutmuş NTD ilə matçında ciddi zədə almasıdır.

Basketbolçu zədəsinin müalicəsinə vətəni ABŞ-də davam edəcək.

Xəbər lenti