IMG-LOGO

Ülviyyə Seyidməmmədova: "ADUA sahəsi Xəzər suitisinin miqrasiya və qidalanma zonasına daxildir"

16 Jan 2026 13:49 4 baxış
IMG

Abşeron yarımadasının dəniz hissəsində yerləşən "Əşrəfi–Dan ulduzu–Aypara" (ADUA) müqavilə sahəsi Xəzər suitisinin miqrasiya və qidalanma zonasında yerləşir.

"Report" xəbər verir ki, bunu RSK şirkətinin Azərbaycan üzrə meneceri Ülviyyə Seyidməmmədova ADUA layihəsi üzrə seysmik tədqiqat proqramına həsr olunmuş ictimaiyyət üçün onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, Xəzər suitisi Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin Qırmızı Siyahısında, eləcə də Azərbaycanın Qırmızı Kitabında "nəsli kəsilmə təhlükəsi altında olan" növ kimi qeyd olunub:

"Xəzər dənizi boyunca suitilərin ümumi sayı təxminən 200 000-dir. Qiymətləndirmələrə əsasən, ADUA seysmik tədqiqat sahəsinin yaxınlığında qış aylarında suitilərin sayı minimal olacaq. Buna səbəb populyasiyanın əsas hissəsinin Xəzərin şimalında çoxalma dövründə olmasıdır. Yaz və payız mövsümlərində suitilərin miqrasiya etməsi ilə əlaqədar olaraq ərazidən keçən fərdlərin sayının artacağı gözlənilir. Yay aylarında isə suitilərin Mərkəzi və Cənubi Xəzərdə yerləşən illik populyasiyalarının izlənməsi səbəbindən bölgədə nisbi sıxlıq müşahidə edilə bilər".

Qeyd olunub ki, 2024-cü ilin fevral–iyul ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) müqavilə sahəsində aparılmış suitilərin monitorinqi zamanı ilk müşahidələr 18 aprel tarixindən etibarən qeydə alınıb.

Xəbər lenti