IMG-LOGO

Bual Moninder: Zikhlər Hindistandan kənarda da təqib olunurlar

16 Jan 2026 12:24 3 baxış
IMG

Hindistan zikhləri ölkə xaricində də rahat buraxmır.

"Report"un məlumatına görə, bu barədə Zikh Federasiyasının sədri Bual Moninder Singh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində jurnalistlərə bildirib.

O qeyd edib ki, son üç il ərzində Böyük Britaniya və Kanadada zikhlərə qarşı zorakılıq halları, o cümlədən Hindistan casusları tərəfindən törədilən qətllər qeydə alınıb.

B.Singh bildirib ki, baş verənlər zikhlərin və digər milli azlıqların 1947-ci ildən bəri üzləşdiyi sistemli zorakılığın davamıdır.

Zikh Federasiyasının sədri Azərbaycan tərəfinə qonaqpərvərliyə və tədbirin yüksək səviyyəli təşkilinə görə təşəkkürünü bildirib.

O BMT platformalarında və ondan kənarda beynəlxalq həmrəyliyin və QHT-lərin əməkdaşlığının əhəmiyyətini qeyd edib: "Biz buraya zorakılıqdan qaçmaq üçün deyil, ona qarşı çıxmaq üçün gəlmişik".

Sədr vurğulayıb ki, zikhlər qurban kimi deyil, onilliklər boyu öz hüquqlarını və azadlığını müdafiə edən xalq kimi eşidilməyə çalışırlar.

O qeyd edib ki, zikhlər Hindistanda digər milli azlıqlarla - dalitlər, naqalar və xristianlarla həmrəylik nümayiş etdirirlər. Sədrin sözlərinə görə, onlar da sistemli zorakılıqla üzləşirlər.

B.Singh Hindistanda müsəlmanlar, xristianlar və dalitlər də daxil olmaqla, milli azlıqların azadlığı və hüquqları məsələlərinə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti