IMG-LOGO

Alidə Mustafayeva: "Ağdam və Kəlbəcərdə 1 000-dən çox ev təsərrüfatı internetə çıxış əldə edib"

16 Jan 2026 12:25 3 baxış
IMG

Ağdamda 974, Kəlbəcərdə isə 121 ev təsərrüfatı telekommunikasiya xidmətləri ilə təmin edilib.

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə "Aztelekom" MMC-nin Mətbuat xidmətinin rəhbəri Alidə Mustafayeva jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, "Aztelekom" MMC tərəfindən telekommunikasiya sahəsində işlər mərhələli və ardıcıl şəkildə həyata keçirilir.

"Bu çərçivədə Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri, həmçinin Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin edilib, ərazilərdə müasir avadanlıqlar quraşdırılıb", - A.Mustafayeva bildirib.

Nəticədə, onun sözlərinə görə, Ağdam rayonu üzrə internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumilikdə 974 ev təsərrüfatını və 23 biznes subyektini, Kəlbəcər rayonu üzrə isə 121 ev təsərrüfatını və 22 biznes subyektini əhatə edib

Xəbər lenti