IMG-LOGO

"Roma" Niderland millisinin hücumçusunu transfer edib

16 Jan 2026 12:38 3 baxış
IMG

İtaliyanın "Roma" klubu İngiltərə təmsilçisi "Aston Villa"da çıxış edən Doniell Maleni icarəyə götürüb.

"Report" xəbər verir ki, bu barədə A Seriyası komandasının mətbuat xidməti məlumat yayıb.

"Canavarlar" mövsümün sonunda 26 yaşlı hücumçunu satın almaq hüququna da malikdir.

Qeyd edək ki, Niderland millisinin də üzvü olan Doniell Malen cari mövsüm 29 oyuna 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti