Hindistanda zikhlərin və digər milli azlıqların hüquqları sistemli şəkildə pozulur.
"Report"un məlumatına görə, bunu jurnalistlərə Pəncab hökumətinin insan hüquqları və azlıqların işləri üzrə naziri Rameş Singh Arora bildirib.
"Təəssüf ki, Hindistan tarixi əslində dövlət tərəfindən dəstəklənən oxşar hallarla doludur. Baş nazir İndira Qandinin öldürülməsindən sonra məhkəmədənkənar cəzalar və günahsız zikhlərin kütləvi şəkildə qətlə yetirilməsi haları baş verib", - nazir qeyd edib.
O vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən bugünkü tədbir Hindistanda insan hüquqlarının vəziyyətinə, xüsusilə zikh icması və digər dini azlıqların vəziyyətinə həsr olunub.
Nazirin sözlərinə görə, tədbirdə Kanada, Böyük Britaniya, Avropa və Pakistandan olan zikh diasporunun nümayəndələri iştirak ediblər ki, onlar təkcə zikhlərə qarşı deyil, həm də digər azlıqlara - müsəlmanlara, dalitlərə və xristianlara qarşı insan hüquqlarının pozulması məsələsini qaldırıblar.
R.Arora qeyd edib ki, son illərdə Hindistanda müsəlmanların, həmçinin xristianların təzyiqə məruz qalması halları artıb.
Məluat yenilənir