IMG-LOGO

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 30 %-ə yaxın artıb

16 Jan 2026 12:04 2 baxış
IMG

Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (88,83 Mbps) görə noyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 86-cı olub.

"Report" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 28,5 % artıb.

Xəbər lenti