İngiltərə təmsilçisi "Mançester Siti"də çıxış edən Erlinq Holannın mümkün keçidi İspaniyanın "Real" klubuna 500 milyon avroya başa gələ bilər.
"Report" xəbər verir ki, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb.
Madridlilər yay transfer dönəmində 25 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. "Kral klubu"nun prezidenti Florentino Peres onu almaqda şəxsən maraqlıdır. Bu isə bonuslar, oyunçunun maaşı da daxil olmaqla 500 milyon avroya başa gələ bilər.
Norveçli futbolçunun "şəhərlilər"lə hazırkı müqaviləsi 2034-cü ilin yayınadək qüvvədədir. "Transfermarkt" Holannın dəyərini 200 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Erlinq Holann cari mövsüm bütün yarışlarda 29 oyuna çıxıb, 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.