Yanvarın 22-də və 24-də Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.
Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
"Neftçi"nin üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.
Mənbə: report.az