IMG-LOGO

"Liverpul" və "Real" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir

16 Jan 2026 09:52 2 baxış
IMG

İngiltərənin "Liverpul" klubu Niderlandın AZ (Alkmar) komandasında çıxış edən Kes Smiti heyətinə qatmaq istəyir.

"Report" yerli mətbauta istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yay transfer dönəmində 19 yaşlı yarımmüdafiəçini əsas prioritet hesab edir.

Bundan əlavə, İspaniyanın "Real" klubu da oyunçu ilə maraqlanır. "Qırmızılar" niderlandlı futbolçu üçün Madrid təmsilçisi ilə rəqabət aparmağa hazırdır.

Alkmar kollektivi Kes Smitin mümkün keçidindən 50 milyon avro gəlir gözləyir ki, bu da klub rekordu olacaq.

Xəbər lenti