IMG-LOGO

Abbas Abbasov: Bugünkü konfrans zikhlərin üzləşdiyi qətliamları, vəhşilikləri göstərəcək

16 Jan 2026 10:01 2 baxış
IMG

Bugünkü konfrans, görülən işlər - sərgi, tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının pozulmasını və vəhşilikləri göstərəcək.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yanvarın 16-da Bakıda "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu gün burada ağrılı, təcili və çox zaman diqqətdən kənarda qalan bir məsələ - Hindistanda zikhlərə qarşı davam edən zorakılıq haqqında danışmaq üçün toplaşılıb:

"Bu konfrans təkcə akademik müzakirə və ya simvolik bir tədbir deyil. Bu, dürüst şəkildə danışmaq, düşünmək və hesabat tələb etmək üçün yaradılmış bir platformadır. Konfrans çərçivəsində biz zikhlərə qarşı ayrı-seçkiliyin tarixi fonunu və onların ədalətə nail olmaq uğrunda apardıqları uzunmüddətli mübarizəni nəzərdən keçirəcəyik. Bu gün görülən işlər - sərgi, tarixi faktlar və şahid ifadələri zikhlərin üzləşdiyi qətliamları, insan hüquqlarının pozulmasını və vəhşilikləri bizə göstərəcək".

Xəbər lenti