IMG-LOGO

Qərbi Azərbaycan Xronikası: Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?

16 Jan 2026 02:33 2 baxış
IMG

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə Azərbaycanın həyata keçirdiyi ardıcıl strateji proqramının Ermənistanı pat vəziyyətə salmasından bəhs edilir.

Bildirilir ki, Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi Ermənistana bəzi siyasi mesaj verməklə yanaşı, İrəvanın strateji qorxularını üzə çıxarır.

Ermənistanda iddia edirlər ki, Cənubi Qafqaz Türkiyə və İsrail balansında yeni mərhələyə girir: "İsrail və İran faktoru Zəngəzur məsələsində bəzi məsələləri dəyişir. Azərbaycanlıların qayıdışı Ermənistan üçün ekzistensial təhlükə kimi təqdim olunur. Azərbaycanlıların qayıdışı Ermənistanı türk dövlətinə çevirəcək. Erməni Apostol kilsəsinə kimin rəhbərlik edəcəyinə qərar Bakıdan verilir. Azərbaycan maraqları Ermənistan parlamentində təmsil olunacaq. Zəngəzur dəhlizinin taleyi ilə bağlı Türkiyə və Azərbaycan qərar verəcək. Bir sözlə, İrəvan Qərbi Azərbaycana qayıdışı xəritələşdirdi".

Süjetdə Azərbaycanın yumşaq güc strategiyasının Ermənistanda yaratdığı qorxunun səbəblərinə, Qərbi Azərbaycan İcmasının siyahıyaalma prosesinin rəsmi İrəvanda narahatlıq doğurmasına, eləcə də Azərbaycanın regionda hansı yeni reallıqlar yaratmasına aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?

Xəbər lenti