IMG-LOGO

ŞƏT-in baş katibi İrandakı terror aktlarını pisləyib

16 Jan 2026 01:06 4 baxış
IMG

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

N.Yermekbayev İranın paytaxtı Tehranda və digər şəhərlərdə dinc toplaşmalardan sui-istifadə edilərək törədilən terror və təxribatları qətiyyətlə pisləyib.

A.Əraqçi ŞƏT-nin baş katibinə dinc aksiyaların silahlı iğtişaşa çevrilməsi barədə məlumat verib.

Onun sözlərinə görə, İran xarici qüvvələrin dəstəklədiyi terrorizmə qarşı mübarizə aparacaq, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qoruyacaq.

Xəbər lenti