Ağdərənin Aşağı Oratağ kəndinə qayıdan bir ailənin ilk qonağı Prezident İlham Əliyev olub.
"Report" xəbər verir ki, "Baku TV" həmin ailə haqqında reportaj hazırlayıb.
"Prezidentin evə qonaq gəlməsi hər insana qismət olmur, bu da böyük qürur hissidir" , - kənd sakini Nilufər Rüstəmova bildirib.
N.Rüstəmova qeyd edib ki, kəndi tərk edəndə dörd yaşı olub. Bu gün isə ailəsi, uşaqları ilə birgə doğma yurda qayıdıb.
Daha ətraflı:
Ağdərənin Aşağı Oratağ kəndi yenidən dirçəlir - "Baku TV"nin reportajı
