IMG-LOGO

32 il sonra Ağdama qayıdan sakin: Şükür edirəm ki, öz torpağımdayam

15 Jan 2026 22:55 3 baxış
IMG

"Şükür edirəm ki, öz torpağımdayam. Bundan sonra dünyamı dəyişsəm də, dərdim olmaz".

"Report" xəbər verir ki, bu sözləri "Baku TV"yə 32 il sonra öz doğma yurduna – Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan Həsən Balakişiyev deyib.

O bildirib ki, 39 yaşında övladları ilə birlikdə doğma torpağı tərk etmək məcburiyyətində qalıb: "Biz bu torpaqlara bağlıyıq, burada doğulmuşuq. Böyük oğlum da mənimlə qayıtdı, dedi ki, Bakıda qala bilmərəm".

Digər sakin Rəhilə Qarayeva isə qeyd edib ki, ailəsi ilə birlikdə Xıdırlını 1993-cü ildə tərk edib və uzun illər doğma yurda qayıdış həsrəti ilə yaşayıblar.

Daha ətraflı:

32 il sonra Ağdama qayıdan sakin: Şükür edirəm ki, öz torpağımdayam

Xəbər lenti