IMG-LOGO

Ölkəni şoka salan CİNAYƏT: atasını mirasa görə öldürüb, qalıqları unitaza axıtdı

15 Jan 2026 17:49 3 baxış
IMG
2 1

Macarıstanın paytaxtı Budapeştdə ər-arvad mirasa görə atanı öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, ər-arvad kişinin anasının ölümündən sonra qalan mirası xərcləyib. Cütlük pul qurtarandan sonra borca düşdükləri üçün atanı öldürərək yoxa çıxmasını səhnələşdirmək və əmlakı ələ keçirmək qərarına gəlib.

Yaşlı kişi ilə onun oğlu hesablaşıb. O, cəsədi parçalayıb, daha sonra qalıqların bir hissəsini unitaza axıdıb, digər hissəsini isə sobada yandırıb.

Onun həyat yoldaşı qətlin hazırlanmasında və izlərin təmizlənməsində iştirak edib. Təqsirləndirilən şəxsin ögey oğlu isə mərhumun evində tapılan zinət əşyalarının satılmasına kömək edib və qızılı ucuz qiymətə alıb xaricə satmaq üçün müştəri tapıb. Lakin hüquq-mühafizə orqanları bu cinayət sxemini ifşa ediblər.

Qatilə 19 il, həyat yoldaşına 12 il, digərlərinə isə 1,5 il azadlıqdan məhrumetmə və cərimə cəzası gözlənilir. Təqsirləndirilən şəxslərdən heç biri günahını etiraf etməyib. İş yaxın vaxtlarda məhkəmə tərəfindən araşdırılacaq.

Hadisələr

Xəbər lenti