Şəmkirdə mübahisə bıçaqlanma ilə nəticələnib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Dəllər Cırdaxan kənd sakini, 1973-cü il təvəllüdlü Elsevər Ələkbərli mübahisə zəminində bıçaqlanaraq ağır xəsarətlər alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun